Dünya

2023-cü ildə baş verən anomal axınının səbəbi açıqlandı

Sharing is caring!


Alimlər Sakit okeanın qərbində adətən “damla” adlanan isti su yığını qeydə alıblar.

“Damla” “El-Ninyo” axınına təsir edir və ani iqlim hadisələrinə səbəb olur. Daha əvvəlki müşahidələrə əsaslanaraq alimlər izah ediblər ki, “El-Ninyo” şərq hissəsində bir neçə ildən bir peyda olur.

Lakin bu il atmosferin reaksiyası əvvəllər müşahidə edilənlərdən fərqlidir. Alimlərin sözlərinə görə, tipik bir ssenariyə əsasən, isti sular havanı qızdırır və onun yuxarı qalxmasına səbəb olur.

“Ancaq indi bu baş vermir. Hava okeanın qərb hissəsində yuxarıya qalxır, şərqə tərəf yönəlir, həmçinin bu bölgədəki hava kütlələrini sıxışdırır”, – deyə məqalədə qeyd olunub.

Alimlər fikir veriblər ki, Sakit okeanın qərb hissəsindəki “damla” səbəbindən tropik yağışlar fonunda daha çox yağıntı düşür. Bu da öz növbəsində şərqdə yağıntıların intensivliyini azaldır.

Mənbə: The Washington Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir