İdman

Avroliqa: “Liverpul” və “Bayer” qələbə qazandı – VİDEO

Sharing is caring!


UEFA Avropa Liqasında V turun oyunları baş tutub.

“Qarabağ”ın yer aldığı H qrupunda lider olan Leverkuzen “Bayer”i səfərdə autsayder “Hekken”i məğlub edib – 0:2. Bu qələbədən sonra Almaniya klubu xallarının sayını 15-ə çatdırıb, isveçlilərin isə hələ ki xalı yoxdur.

C qrupunda da lider-autsayder qarşılaşması baş tutub. “Liverpul” çətinlik çəkmədən LASK-a qalib gəlib – 4:0. 12 xal toplayan ingilislər artıq növbəti mərhələyə çıxışı təmin ediblər. Avstriya klubunun aktivində isə cəmi 3 xal var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir