İdman

“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununa təyinat alıb

Sharing is caring!

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

“Report”un məlumatına görə, o, İtaliyada “Roma” və Avstriya “Zaltsburq”u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir