Dünya

Şimali Koreyanın kəşfiyyat peyki ABŞ-nin Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini çəkib

Sharing is caring!


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-nin Kaliforniya ştatında, eləcə də Yaponiyanın Okinava adasındakı hərbi bazalarını əks etdirən “Malligen-1” kəşfiyyat peyki tərəfindən çəkilmiş yeni görüntüləri ilə tanış olub.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Dövlət Aerokosmik Mühəndislik Administrasiyasının Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi Şimali Koreya liderinə Kaliforniyadakı San Dieqo Hərbi Dəniz Bazasının və ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük qurğusu olan – Birləşmiş Ştatların hüdudlarından kənarda yerləşən Okinavadakı Kadena aviabazasının fotosunu təqdim edib.

Bundan əlavə, nümayiş olunan materiallar arasında Süveyş kanalının görüntüləri də olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir