Dünya

ASAPES-in rektoru: “Ulu öndər Heydər Əliyev daim elmlə sıx bağlı idi”

Sharing is caring!


“Ulu öndər Heydər Əliyev daim elmlə sıx bağlı idi”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O, tədbirin ümummilli liderin 100 illik yubileyinə həsr edildiyini xatırladıb:

“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaq modeli uzun illər öncə qurulub. Təbii ki, bu tendensiya müstəqil Azərbaycan dövlətinin qurulmasına böyük töhfə verib. Həmin gənclərimiz bu gün Azərbaycanın təhsil sisteminin inkişaf etdirilməsində mühüm rol oynayırlar. Prezident İlham Əliyevin başçılığı ilə biz idman sahəsində tələb olunan ixtisaslar üzrə yüksək səviyyədə inkişaf etmişik. Avropanın qabaqcıl ölkələrində olduğu kimi, idman sahəsindəki təhsil proqramlarımızda dünya təcrübəsində istifadə edilən modellər tətbiq olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir