Dünya

Misir, İsrail, Qətər və ABŞ Qəzzada atəşkəsi uzatmağa çalışır

Sharing is caring!


Misir, İsrail, Qətər və ABŞ-dən olan nümayəndələr İsraildə və Qəzza zolağında döyüşlərdə fasilənin uzadılmasına çalışır və Fələstinin radikal HƏMAS hərəkatı çərşənbə günü azı 10 israilli girovu azad etsə, atəşkəsin cümə axşamı da davam edəcəyinə ümid edir.

Məlumata görə, dörd ölkənin nümayəndələri Dohada keçirilən görüşdə belə qənaətə gəliblər ki, mübadilə prosesi çərşənbə günü əldə edilmiş razılaşmalara uyğun olaraq baş verərsə, silahlılar cümə axşamı girovların əlavə siyahısını təqdim edə biləcəklər. HƏMAS ən azı 10 israillini azad edib. Beləliklə, hərbi əməliyyatlardakı fasilə bir gün uzadıla bilər.

Hazırda Qətərdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, İsrailin Mossad kəşfiyyatının rəhbəri Devid Barnea və HƏMAS-ın siyasi rəhbərliyi ilə sıx əlaqələr saxlayan Qətər nümayəndələri var. Mənbələr bildiriblər ki, kəşfiyyat rəhbərləri atəşkəs razılaşmasının növbəti mərhələsini müzakirə edəcəklər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir