Hadisə

BŞİH Aparat rəhbərinin 2 milyonluq mənzili – Qazancın görünməyən tərəfləri…

Sharing is caring!

Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri Elgin Həbibullayev haqqında paylaşım edib.

Xəbəral.az-ın xəbərinə görə, paylaşımda qeyd olunur ki, Elgün Həbibullayevin tək Panda Kids’i və mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: “Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində  işləyib  E. Həbibullayev “Panda Kids” mağazalar şəbəkəsinin də sahibidir. “Port Baku” yaşayış kompleksində yaşayır. “Panda Kids” mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur.

image-1437635074_narimanov_big

Qeyd edim ki, Bakı şəhər meriyasında ən yüksək əmək haqqı Eldar Əzizov alır. 1925 AZN. Aparat rəhbərinin evinin ortalama  qiyməti  merin aldığı maaşdan 300 dəfə çoxdur. //DOĞRU.AZ//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir