Cəmiyyət

Azərbaycanda alimlərin statusunun müəyyənləşdirilməsi təklif olunur

Sharing is caring!


Azərbaycanda alimlərin statusunun müəyyənləşdirilməsi təklif olunur.

“Report” xəbər verir ki, bu təkliflə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxış edib.

Onun sözlərinə görə, hələ də doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər var:

“Tədqiqatçının statusu məsələsi bu məsələdə gündəmə gəlir. Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Səncər heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyil etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir