Dünya

Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı

Sharing is caring!


“İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatın məqsədi Fələstin anklavını demilitarizasiya və deradikalizasiya etməkdir”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu alman telekanalına müsahibəsində bildirib.

“Bundan (HƏMAS-ın məhv edilməsindən) sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarlaşdırmaq və həmçinin onu deradikallaşdırmaq. Almaniyada, Yaponiyada və başqa yerlərdə belə edilib”, – Netanyahu bildirib.

İsrailin baş naziri hesab edir ki, əks halda HƏMAS-ın növbəti hədəfi Avropa olacaq.

“Növbəti siz olacaqsınız, bunu başa düşürsünüzmü? Almaniya, Avropa olacaq… HƏMAS İranın, “Hizbullah”ın, husilərin və digərlərinin terror oxunun bir hissəsidir. Onların məqsədi əvvəlcə Yaxın Şərqi, sonra isə dünyanı barbarlıq dövrünə, Orta əsrlərin qaranlıq dövrünə aparmaqdır… Onların istədiyi budur… Biz onları məğlub edənə qədər onlar yox olmayacaqlar”, – deyə Netanyahu bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir