Dünya

HƏMAS İlon Maskı Qəzzaya dəvət etdi

Sharing is caring!


Fələstinin HƏMAS radikal hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat verib.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, işğalçı tərəfindən burada xalqımıza qarşı həyata keçirilən qətliamın miqyasını görə bilsin”, – deyə Ü.Həmdan bildirib.

Qeyd edək ki, noyabrın 27-də Mask İsrailə səfər edib. O, İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İshak Hersoqla görüşüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir