Dünya

Yəmən sahillərində İsrailə aid olduğu ehtimal edilən tanker qaçırılıb

Sharing is caring!


Yəmən sahillərində İsrail şirkətinə məxsus ola biləcək tanker qaçırılıb.

Bu barədə “Ambrey” dəniz təhlükəsizliyi şirkəti məlumat yayıb.

Şirkətin verdiyi məlumata görə, “Zodiac Maritime”in operatorunun idarə etdiyi “Central Park” gəmisi Ədən körfəzində hücuma məruz qalıb. Hazırda tankeri kimin qaçırdığı barədə məlumat yoxdur.

Qeyd olunur ki, “Zodiac Maritime” gəmisinə hücumun quldurlar tərəfindən həyata keçirildiyinə dair şübhələri var. Operator bildirib ki, gəminin heyəti Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşlarından ibarətdir. Tanker fosfor turşusu daşıyır.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir