Dünya

İki fələstinli İsrailin xeyrinə casusluq ittihamı ilə izdiham tərəfindən linç edildi

Sharing is caring!


İordan çayının qərb sahilində İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən iki fələstinli izdiham tərəfindən döyülərək öldürülüb.

Hadisənin Tulkarm şəhərində baş verdiyi qeyd edilir. İlkin məlumatlara görə, qəzəbli izdiham İsrail hakimiyyəti ilə əməkdaşlıq etdiyi güman edilən iki yerli sakini linç edib.

Dəhşətli qətldə bir çox sakin iştirak edib, onlardan bəziləri baş verənləri kameralara çəkiblər.

Daha sonra camaat ölənlərin meyitlərini dirəyə asmaqla təhqir edib.

Mənbə: Jerusalem Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir