Dünya

Avstriyada üç günlük matəm elan edildi

Sharing is caring!

Avstriyada üç günlük milli matəm elan edilib. Bütün Avstriya ərazisində kilsə zəngləri çalınacaq.

“Wiener Zeitung” xəbər verir ki, bunun səbəbi dünən axşam Vyananın mərkəzində terrorçu tərəfindən insanların kütləvi güllələnməsidir.

Federal xidmət və şöbələrin binalarında bayraqlar yarıya qədər endirilib.

Terror aktı ilə əlaqədar bu gün yerli vaxtla saat 12:00-da Avstriyada bir dəqiqəlik sükut olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.