Dünya

Basketbol federasiyalarının reytinqi açıqlandı – Azərbaycan neçənci yerdədir?

Sharing is caring!


3×3 basketbol üzrə federasiyaların yeni reytinq cədvəli açıqlanıb.

Azərbaycan Basketbol Federasiyası Avropa üzrə 7-ci, dünya reytinqində 11-ci pillədə qərarlaşıb.

Bu, 3×3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və “Neftçi” klubunun dördqat mərhələ çempionu olması sayəsində mümkün olub.

Qeyd edək ki, Azərbaycan yığması apreldə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir