Dünya

Fransanın assosiasiya sədri: “Emmanuel Makron hərdəmxəyaldır”

Sharing is caring!


“Emmanuel Makron hərdəmxəyaldır. Səhər dediyi ilə günorta dediyi bir-birini tutmur”.

Bunu “Report”a açıqlamasında Fransada “Les Oranges” Assosiasiyasının lideri, əlcəzairli Mhamed Kaki deyib.

Onun sözlərinə görə, Makron hər zaman fikrini dəyişən bir şəxsdir:

“Onu maraqlandıran sadəcə gücdür. Güc haradadır, o da oradadır. Biz – əlcəzairəsilli fransızlar Fransada 6 milyonuq. Biz seçki ərəfəsində onun yadına düşürük, yanımıza səslərimizi almaq üçün gəlir. Sözlər verir, amma seçkini udduqdan sonra bunları unudur. Amma biz nə edirik? Biz ona xatırladırıq ki, bütün bunlara son verilməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir