MDB

Donald Trampın oteli partladıldı – Videolar

Sharing is caring!

ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur “Trump Plaza” kimi tanınan bina sökmək məqsədilə partladılıb.

XəbərAl.az xəbər verir ki, binanın partladılması anı yerli “nj.com” portalının “youtube” kanalında yayımlanıb.

Binanın sökülməsini bir çox şəhər sakini izləyib.

Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilmişdi. Şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərirdi. Lakin 2014-cü ildə bağlanıb. (APA)

2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti “Trump Entertainment Resorts”dan “Icahn Enterprises”ə təhvil verilib.

Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir