Dünya

İsrail hərbçiləri Qəzzada HƏMAS Ali Məhkəməsinin önündən şəkil paylaşdılar – FOTO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri hərbçilərinin Qəzza zolağında HƏMAS Ali Məhkəməsinin binası önündən fotoları dərc olunub.

Binanın fonunda böyük bir əsgər dəstəsi və İsrail bayraqlarının əks olunduğu fotonu İsrail hərbi müxbiri İtai Blyumental öz “X” hesabında paylaşıb.

İsrail Müdafiə Qüvvələrindən bu xəbərlə bağlı hələ ki rəsmi şərh gəlməyib və fotoşəklin dəqiq tarixi də məlum deyil.

Ədliyyə Sarayı ərəb üslubunda inşa edilmiş nəhəng binadır və burada Qəzza zolağının Ali Məhkəməsi və yerli Ədliyyə Nazirliyi yerləşib.

Fotodakı İsrail Müdafiə Qüvvələri döyüşçülərinin bir-birinə yaxın dayanıb sakit poza vermələri bu ərazinin təkcə ordunun nəzarətində altında olmasından deyil, həm də ərazinin böyük ölçüdə terrorçulardan təmizlənməsindən xəbər verir.

Mənbə: Detaly.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir