Dünya

Avropa çempionatı: Cüdoçularımız komanda yarışında medal qazana bilməyiblər

Sharing is caring!


Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal qazana bilməyib.

Oxu.Az-ın məlumatına görə, qitə birinciliyinin son günündə mübarizəyə 1/4 finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib.

Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, yığmanın 5 üzvü – Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81 kq) fərdi yarışlarda bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir