Dünya

Çin Yerin orbitinə dörd kosmik gəmi göndərəcək

Sharing is caring!


Çin Xalq Respublikasının Kosmik Uçuş Proqramı İdarəsi bu dövr üçün missiya planlarını dərc edib.

Məlumata görə, gələn il göyərtəsində astronavtlar olan “Şençjou-18” və “Şençjou-19”, həmçinin “Tyançjou-7” və “Tyançjou-8” kosmik yük gəmiləri orbitə yollanacaq.

Bu missiyaların ilkin tarixləri hələ açıqlanmayıb.

Xatırladaq ki, Çin stansiyası təxminən 400 km yüksəklikdə yerləşir və 10 ildən artıq fəaliyyət göstərəcək. O, üç nəfər üçün nəzərdə tutulub. Üç dok qovşağı və kosmosa çıxış üçün giriş qapısı olan “T” hərfi (yaxın gələcəkdə xaç formasına qədər genişləndirilməsi nəzərdə tutulur) şəklində olan kompleksin kütləsi 66 ton, həcmi 110 kubmetrə çatır. 2022-ci ildən orbital qurğu normal işləməyə başlayıb və beynəlxalq layihələr üçün açıqdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir