Dünya

Bayden Ukrayna və Yaxın Şərqdəki münaqişələrin faydalarından danışıb

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden “Washington Post”da dərc olunan məqaləsində qeyd edib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr “böyük tərəqqi”yə səbəb ola bilər.

ABŞ lideri həmçinin vurğulayıb ki, ölkəsinin mövcud böhranların həllində seçimi ölkənin gələcək onilliklər üçün gələcəyini müəyyən edəcək.

“Ukraynada, İsraildə, Qəzza zolağında və bir çox başqa bölgələrdə olduğu kimi dünyada bu qədər zorakılıq və iztirablar olduğu halda, başqa nəyəsə yer olduğunu təsəvvür etmək çətindir. Bununla belə, tarix bizə öyrədir ki, dərin faciələrdən sonra mühüm tərəqqi əldə etmək olar. Daha çox ümid, daha çox azadlıq və daha az qəzəb, inciklik və müharibə. Bu gələcəyə doğru atdığımız hər addım daha təhlükəsiz dünyaya doğru bir addımdır və ABŞ-ni daha təhlükəsiz edir”, – Bayden yazıb.

Ağ Ev liderinin fikrincə, ABŞ bu məqsədlərə çatmaq üçün qətiyyətli olmalıdır. O vurğulayıb ki, onun administrasiyası təkcə Yaxın Şərq və Avropada deyil, bütün dünyada belə bir strategiyanın həyata keçirilməsinə sadiqdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir