Dünya

Dmitri Verxoturov: “Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç düşünmədən qurban verilə bilər”

Sharing is caring!


“Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var və ona görə də təzyiqlərə məruz qalır”.

Bu sözləri postsovet məkanı üzrə rusiyalı ekspert, yazıçı, tarixçi və ictimai xadim Dmitri Verxoturov Oxu.Az-a müsahibəsində deyib.

“Hesab etmək olmaz ki, amerikalılar erməniləri dəstəkləməyə çalışırlar, axı Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç düşünmədən qurban verilə bilər. Lakin məhz indi bu fiqurun əldə olunması əhəmiyyət kəsb edir ki, onun vasitəsilə bəzi gedişlər etmək mümkün olsun”, – deyə Dmitri Verxoturov qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi Sovet İttifaqının dağılması zamanı mövcud olan sərhədlər çərçivəsində həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünün tanınmasına əsaslanır.

“Bu, Cənubi Qafqaz regionunda öz addımlarına diqqət edən, təmkinli siyasət yürüdən böyük bir dövlətin fikridir. O, Ermənistan tərəfidir ki, döyüş şüarları səsləndirə, nəyəsə çağırış edə bilər.  Lakin ermənilər Rusiya Federasiyasına hücum edərlərsə, Rusiya bunu, demək olar ki, hiss etməyəcək. Amma Rusiya Ermənistanı vurarsa, o zaman Ermənistan yox olacaq. Bu nəzərə alınmalıdır”, – deyə ekspert vurğulayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir