Dünya

Qadınlar dünyanın ən cazibədar 10 kişi idmançısını seçdi: Birinci yerin sahibi təəccübə səbəb oldu – FOTO

Sharing is caring!


Britaniyanın “Illicitencounters” saytının keçirdiyi sorğu nəticəsində dünyanın ən seksual və cazibədar kişi idmançısı məlum olub.

Döyüş sənətləri və futbol idman növlərinin üstünlük təşkil etdiyi siyahıda sıralama 2 min qadının verdiyi səslə müəyyən edilib.

30 idmançı arasında keçirilən səsvermə nəticəsində 1-ci yerdə qərarlaşan idmançı böyük təəccüb doğurub və hətta “Necə yəni?” deməyə vadar edib.

Ən seksual və cazibədar kişi idmançılar arasında 10-ci yeri Konor Makqreqor, 9-ci yeri Lionel Messi, 8-ci yeri Rori Makqreqor, 7-ci yeri Cek Qriliş, 6-cı yeri Erlinq Holand, 5-ci yeri Kriştianu Ronaldu, 4-cü yeri Lyuis Hamilton qazanıblar.

İlk üçlükdə 3-cü yerə Trevis Kelsi sahib olub. 2-ci yerdə Entoni Coşua qərarlaşıb.

1-ci yerin sahibi isə Tayson Fyuri olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir