Cəmiyyət

Abşeronda qaydaları heçə sayan intizamsız sürücülər cəzalandırıldılar – FOTO/VİDEO

Sharing is caring!


Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. 

Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı rayon ərazisində xeyli sayda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.

Həmçinin, Xırdalan şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı protokolar tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən, narkotikin təsiri altında sükan arxasında əyləşən, sürücülük hüququ olmayan, avtoxuliqanlıq edən, polisin qanuni saxla əmrinə tabe olmayan, yük və sərnişindaşıma qaydalarını pozan, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində inzibati protokol tərtib edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir