İdman

Dünya çempionatı: Kişilər və qadınlar arasında atəşaçma növündə qaliblər müəyyənləşdi – FOTO

Sharing is caring!


Bakıda təşkil edilən dünya çempionatında kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qaliblər müəyyənləşib.

“Report”un məlumatına görə, kişilərin yarışında ilk iki yeri ukraynalı idmançılar tutublar.

Denis Bablyuk 384 xalla çempion olub, İqor Kizima 381 xalla gümüş medala yiyələnib. Kizima ilə eyni xal toplayan Kris Qrosshem üçüncülük əldə edib. Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Cənubi Koreya üçüncü olub.

Qadınların mübarizəsində Qazaxıstan təmsilçisi Aleksandra Saduakassova (378) dünya çempionluğunu qazanıb. Onun 18 yaşlı həmyerlisi Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Qonçarova isə (370 xal) bürünc medal alıb. Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci yeri tutub.

Kişilərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Denis Bablyuk mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb:

“Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib uğur qazana bildik. Nəticədə həm fərdi, həm də komanda yarışında uğur qazandıq. Çempionat da çox gözəl təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey əladır. Təşkilatçılıq ideal səviyyədədir. Yaradılan şəraitə görə hər birinizə təşəkkür edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir