MARAQLI

Eskobarın “yaxşılığı” Kolumbiyaya bəla oldu – FOTO

Sharing is caring!


Kolumbiyada bir vaxtlar dünyanın ən böyük narkotaciri hesab olunan Pablo Eskobar tərəfindən ölkəyə gətirilən, sonra isə hədsiz sürətlə çoxalmağa başlayan “kokain” begemotlarının sterilizasiyasına başlanılıb. Hökumət bu yolla heyvanların sayını azaltmaq istəyir.

Ancaq hökumət nümayəndələrinin sözlərinə görə, sterilizasiya uzun vaxt tələb edir, çünki heyvanların yerini tapmaq və onları tutmaq çətindir.

Hazırda iki erkək begemot və bir dişinin sterilizasiyası həyata keçirilib. Proqrama əsasən ildə təxminən 40 begemot bu prosedurdan keçməlidir.

Məlumata görə, ölkədə ilk “kokain” begemotları Eskobarın təşəbbüsü ilə peyda olub. Belə ki, narkobaron dörd Afrika begemotunu Hasienda-Napoles malikanəsindəki şəxsi zooparkına  gətirdib. Bu gün onların sayının 169 olduğu təxmin edilir, tədbir görülməsə 2035-ci ilə qədər begemotların sayı 1000-ə çata bilər.

Bu heyvanlar üçün Kolumbiyadakı yırtıcılar tərəfindən təhdid yoxdur, bu səbəbdən onlar ekosistemi poza biləcək invaziv növ elan ediliblər.

Qeyd edilir ki, sterilizasiya heyvanlar üçün nəzərdə tutulan üç tədbirdən biridir. Belə ki, heyvanların bəzilərini köçürmə, bəzilərini isə “etik səbəblərə görə” evtanaziya gözləyir.

Xatırladaq ki, Yeni Zelandiyada da “Yırtıcı siyasəti” dövrü elan edilib, invaziv növ sayılan vəhşi heyvanların kütləvi məhvinə başlanılıb. 2050-ci ilə qədər bütün siçovullar, sincablar, opossum və vəhşi pişiklər bu siyasətin qurbanı olacaqlar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir