Dünya

Gürcü müğənni Bakı ilə bağlı mahnı ifa etdi – VİDEO

Sharing is caring!


Gürcü müğənni və dicey Achi Bakı ilə bağlı layihəsini təqdim edib.

“Olay” yazır ki, sənətçi ölkəmizdən bəhs edən “Bakı” adlı mahnısına məhz paytaxtda klip çəkdirib.

İfaçının söz və musiqisi özünə məxsus olan mahnısının ekran işində Əməkdar artistlər Dilarə Əliyeva, Bəhram Bağırzadə, “Parni İz Baku” komandasının üzvü Yana Nikitina rol alıb.

Sözügedən klip maraqlı formatda lentə alınıb.

Ölkəmizə məxsus ornamentlərin, əşyaların göstərildiyi ekran işində şəhərdən görüntülər də yer alıb.

Bununla bağlı mətbuat konfransı keçirən sənətçi Bakını çox sevdiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir