Siyasət

Fransalı ekspert: “Ermənistandakı yəhudi icması uzun illərdir antisemitizm hücumlarına məruz qalır”

Sharing is caring!


“Ermənistandakı yəhudi icması uzun illərdir antisemitizm hücumlarına məruz qalır”.

Bunu “Report”a açıqlamasında Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan İrəvanda sinaqoqun yandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın paytaxtında sinaqoqun yandırılması ilk və nadir antisemit hadisə deyil:

“Oktyabrın 7-də hücum başlayandan İrəvanın divarlarına HƏMAS-ın lehinə və İsrailin əleyhinə çoxsaylı plakat vurulub. Ermənistandakı yəhudi icması uzun illərdir antisemitizm hücumlarına məruz qalır. Səbəb kimi Azərbaycanın İsrailin müttəfiqi olması göstərilir”.

Ekspert bildirib ki, çoxsaylı hesabatda erməni xalqının bir hissəsinin antisemitizmə sürüklənməsi və hökumətin bu mövzuda susması barədə xəbərdarlıqlar olunub:

“Antidiffamasiya Liqasının sorğusu göstərir ki, Ermənistan Yaxın Şərq və Şimali Afrikadan kənarda yəhudilərə qarşı ən dözümsüz ölkədir. 2020-ci ildə İsrail Diaspor Nazirliyinin illik hesabatında Ermənistanda antisemit əhvali-ruhiyyənin gücləndiyi göstərilir. Ən parlaq nümunə Şoa qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasıdır. 2021-ci ildə ABŞ Dövlət Departamentinin dünya miqyasında dini azadlıqlarla bağlı illik hesabatında yəhudilərə qarşı antisemitizm, nifrət nitqi və vandalizmin durmadan artdığı açıqlanır”.

“Ötən ilin oktyabrında İrəvandakı Yəhudi Mədəniyyət Mərkəzinin vandalizmə məruz qalması və bu gün həmin şəhərdə sinaqoqun yandırılmasından sonra Ermənistanın yəhudi icması üçün çox narahatıq”, – deyə E.Gozlan vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir