Dünya

HƏMAS girovlarla bağlı İsraillə danışıqları dayandırıb

Sharing is caring!


HƏMAS girovların azad edilməsi ilə bağlı İsraillə danışıqları dayandırıb.

Bu açıqlama ilə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Svi çıxış edib.

İsrailli diplomat əlavə edib ki, HƏMAS girovlar haqqında heç bir məlumat vermədiyindən onların vəziyyəti hələlik məlum deyil.

“Məhbusların dəqiq sayı və onların səhhəti barədə heç bir məlumat olmadan danışıqlar aparmaq çox çətindir”, – deyə Aleksandr Ben Svi vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS silahlılarının Qəzza zolağından hücumu nəticəsində 200-dən çox insan girov götürülüb.

Mənbə: “Rossiya 24”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir