İdman

Azərbaycan millisi Belçika ilə səfər oyununda dəstəksiz qalacaq?

Sharing is caring!


Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçika ilə keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq.

Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, sayt vasitəsilə satışa çıxarılan biletlərin hamısı alınıb.

E.Məmmədli təhlükəsizliklə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə müraciət olunduğunu da bildirib.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir