Dünya

“Bloomberg”: “Qəzza zolağına sülhməramlı kontingent göndərilə bilər”

Sharing is caring!


ABŞ və onun avropalı müttəfiqləri hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağına beynəlxalq sülhməramlı qüvvələrin cəlb edilməsi ideyasını irəli sürür.

Bu barədə məlumat mənbələrinə istinadən “Bloomberg” xəbər verib.

Qeyd olunur ki, ABŞ və Avropa İttifaqı (Aİ) bu əməliyyatın həyata keçirilməsinin çətin olacağını qəbul edirlər, həmçinin İsrail də buna şübhə ilə yanaşacaq, lakin bu ideyanın müzakirəsi belə Təl-Əvivi hərbi kampaniyanı tez bir zamanda dayandırmağa sövq edə bilər.

Agentliyin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzza zolağında sülhməramlıların yerləşdirilməsi ilə bağlı ilkin müzakirə aparılıb. Variantlardan biri, 1948-ci il müharibəsindən sonra Fələstin və İsrail arasında sülh sazişlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün 1949-cu ildə yaradılmış Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) rolunu genişləndirməyi nəzərdə tutur. İdeya müəllifləri oxşar missiyaları, məsələn, Haiti və ya Somalini nümunə götürməyi təklif edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir