Cəmiyyət

Bakıda mənzildə köməksiz qalan şəxs alpinist ləvazimatlarından istifadə edilməklə xilas olunub – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir