Dünya

Rusiyanın Həştərxan vilayətində fövqəladə vəziyyət elan edilib

Sharing is caring!


Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin jurnalistlərə verdiyi açıqlamada Həştərxan şəhərində beşmərtəbəli yaşayış binasında baş verən dağıntıdan sonra elan edilən regional fövqəladə vəziyyət rejiminin tətbiqi barədə danışıb.

“Fövqəladə vəziyyət rejiminin səviyyəsi regional səviyyəyə qaldırılıb. Biz regional səviyyədə fövqəladə vəziyyətlə əlaqədar çətin duruma düşən insanlara maddi dəstək göstərmək üçün bütün lazımi normativ sənədləri qəbul etmişik”, – deyə qubernator vurğulayıb.

Xatırladaq ki, Həştərxanda yaşayış binasının bir hissəsinin uçmasına mənzillərdən birində aparılan təmir işinin səbəb olduğu qeyd edilir.

Belə ki, mənzildə aparılan tikinti-təmir işləri zamanı texniki qaydalara riayət edilməyib və binanın konstruksiyalar zədələnib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən isə bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib. Çökmə nəticəsində 84 yaşlı qadın ölüb, daha bir neçə nəfər itkin düşdüyü bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir