İdman

Azərbaycan klubu “Tottenhem” və “Volfsburq”un sabiq futbolçusunu transfer etdi

Sharing is caring!


Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mərakeşəsilli belçikalı İsmail Azzaoui ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti bir ildir.

25 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə RSCA-nın U-18 (Belçika), “Tottenhem”in U-18 və U-21 (İngiltərə), “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib. O, son olaraq formasını geyindiyi “Herakles”də ötən mövsüm 20 oyun keçirib, üç qol və üç məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir