Cəmiyyət

Balakəndə ev yandı

Sharing is caring!


Balakəndə ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 kvadratmetr olan kürsülü, birmərtəbəli beşotaqlı evin dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə, bir otağın və mətbəxin taxtadan ibarət tavanı 37 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı üç kvadratmetr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir