Dünya

Türkiyədə 600-ə yaxın bloqerin fəaliyyəti nəzarət altına alınıb

Sharing is caring!


Türkiyədə 600-a yaxın bloqer və inflyuenserin fəaliyyəti nəzarətə götürülüb.

Araşdırma sosial şəbəkələrdə məşhur olan, hazırda çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunan Dilan və Engin Polat cütlüyünün cinayət işinin fonunda aparılır.

Araşdırmanı Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi aparacaq.

Nazirlik sosial media vasitəsilə insanlara təsir edən, ekstravaqant və dəbdəbəli həyat tərzini nümayiş etdirən internet fəalları barədə hərtərəfli araşdırma aparmağı planlaşdırır.

Məlumat üçün əlavə edək ki, hazırda istintaq altında olan Dilan və Engin Polat cütlüyü sosial şəbəkə fenomenlərinin sırasında olub.

Mənbə: Cumhuriyet.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir