Cəmiyyət

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdilər – FOTO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

DTX-dən verilən məlumata görə, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar.

“Ümummilli liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılıb”, – qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir