Cəmiyyət

Bakı-Qazax yolunda iki yük maşını toqquşdu – FOTO

Sharing is caring!

Şəmkirdə iki yük avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “MAN” markalı yük maşını “QAZel” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, xüsusilə “QAZel” yararsız hala düşüb.

İlkin məlumata görə, qəzaya səbəb “MAN” markalı yük maşının sürücüsünün yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir