Dünya

“Zenit”in baş məşqçisi “Neftçi” ilə oyunu buraxacaq futbolçuların adlarını AÇIQLADI

Sharing is caring!


Rusiyanın “Zenit” klubunun iki futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda meydana çıxmayacaq.

Bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

47 yaşlı mütəxəssis kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən qarşılaşmada iştirak etməyəcəyini söyləyib:

“Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur”.

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın Bakıdakı görüşdə hücum xəttində çıxış edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 18-də reallaşacaq “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.

Mənbə: “Sport-Express” nəşri

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir