Dünya

Türkiyədə Qarabağdan olan gənc sənətkarlar konsert proqramı ilə çıxış ediblər – FOTO

Sharing is caring!


Ankarada Türkiyə Prezident Adminstrasiyasının Simfonik Otkestrinin binasında Qarabağdan olan gənc sənətkarların iştirakı ilə konsert proqramı keçirilib.

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Türkiyədəki xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də iki ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının tanınmış nümayəndələri, media mənsubları iştirak ediblər.

Konsert proqramında Azərbaycanın əməkdar artistləri Anar Şuşalı, İlkin Əhmədov, Günay İmamvediyeva müxtəlif mahnılar ifa ediblər. Proqramda rəqs ansamblı çıxış edib. Rəşad İbrahimovun tarda, Təbriz Yusubovun kamançada, Soltan Əliyevin nağarada ifası diqqəti cəlb edib.

Konsert proqramı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutub. Bundan başqa Ankarada “Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” çərçivəsində “Şuşa Mədəniyyət Günləri” adlı silsilə tədbirlər də keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir