Cəmiyyət

Dənizdə boğulma hadisəsi qeydə alınıb

Sharing is caring!


Bakının Xəzər rayonununda dənizdə boğulma hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zuğulba çimərliyində 1986-cı il təvəllüdlü Məmmədov Teymur Asif oğlunun dənizdə batması ilə bağlı FHN-nin xilasetmə qrupuna məlumat verilib.

Təqribən iki saata yaxın aparılan axtarışlar nəticəsində suda huşsuz vəziyyətdə olan T.Məmmədov xilas edilərək, 10 saylı təcili tibbi yardım briqadasına təhvil verilib.

Təcili yardım briqadasının səyi nəticəsində boğulan şəxsin həyatını xilas edilib, daha sonra o xəstəxanaya çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir