Dünya

Fransada evlər, küçələr su altında qalıb

Sharing is caring!


Fransanın şimalında Pas-de-Kale departamentində ötən həftədən başlayan kütləvi daşqınlar bir çox fəsadlara səbəb olub.

Məlumata görə, 279 kommunada məktəblər və uşaq bağçaları bağlanıb. Bir çox şəhərlərdə küçələr, evlərin zirzəmiləri su altında qalıb, çaylar məcrasından çıxıb.

Bölgədə yağış və daşqın ehtimalı ilə əlaqədar narıncı həyəcan siqnalı verilib.

Proqnoza görə, leysan yağışları yalnız çərşənbə günü kəsiləcək.

Qeyd edək ki, bu gün zərərin qiymətləndirilməsi üçün prezident Emmanuel Makron, kənd təsərrüfatı naziri, ekologiya naziri Pas-de-Kaleyə səfər edəcəklər.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir