Dünya

İsrail mətbuatı: HƏMAS-ın raket hücumları əhəmiyyətli dərəcədə azalıb

Sharing is caring!


Altıhəftəlik hərbi toqquşmalardan sonra İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən öz ərazisinə raket hücumlarının intensivliyində əhəmiyyətli dərəcədə azalma qeydə alıb.

İsrail mətbuatı bu barədə statistik məlumatlara istinad edərək məlumat paylaşıb.

Mənbə yazır ki, müharibə elan edildikdən və HƏMAS-a qarşı hava və quru əməliyyatlarının başlamasından sonra İsrailə 7 minə yaxın raket atılıb, lakin artıq intensivliyin azaldığı müşahidə edilib.

Məlumatda, həmçinin qeyd olunub ki, müharibənin ilk günlərində İsraildə hava hücumu xəbərdarlığı o qədər tez-tez elan edilib ki, bir çox yaşayış məntəqələrinin sakinləri gündə bir neçə dəfə sığınacaqlara qaçmağa məcbur olublar, amma hazırda vəziyyət dəyişib.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.

Mənbə: The Times of Israel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir