Dünya

Norveçli deputat oğurluq və psixi sağlamlıqla bağlı problemlərini etiraf edib

Sharing is caring!


Norveç parlamentinin deputatı və “Rodt” (“Qırmızı”) partiyasının keçmiş rəhbəri Börnar Moksnes Osloda ərzaq mağazasından beş oğurluq törətdiyini etiraf edib. Maraqlıdır ki, bunlar deputatın ilk oğurluğu deyil, daha əvvəl də o, mağazalardan oğurluq edib.

Norveç mətbuatına müsahibəsində Moksnes yeni beş oğurluq hadisəsi ilə əlaqədar olaraq polisə cərimə ödəməyə razı olduğunu, həmçinin jurnalistlərə özünün psixi sağlamlıq problemlərinin olduğunu etiraf etdiyini bildirib.

“Həyatımda özümü məhv edən hərəkətlər etdiyim çətin illərim olub. Bu barədə ictimaiyyətə danışmaq çətindir, amma indi bunu edirəm”, – deyə siyasətçi bildirib.

2023-cü ilin yayında Moksnesin Oslo hava limanında bir mağazadan bir cüt günəş eynəyi oğurladığı üzə çıxıb. O zaman oğurluq Norveç mətbuatının böyük diqqətini çəkib. Bu hadisədən sonra Moksnes xəstəlik məzuniyyətinə çıxıb və partiya lideri vəzifəsindən istefa verib.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir