Dünya

Mariya Zaxarova Armen Qriqoryanla bağlı qərar barədə: “Özünüz nəticə çıxarın” – VİDEO

Sharing is caring!


Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB ölkələri TŞ katiblərinin görüşündə iştirakının ləğv edilməsinə münasibət bildirib.

“Bir tərəfdən, gəlməyə hazırlaşırdı, sonra dedi ki, uçuş cədvəli dəyişdiyi üçün gələ bilmir. Sonradan gördük ki, o, İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş məsləhətçisini qəbul edib. Özünüz nəticə çıxarın. Eyni zamanda, Ermənistan Rusiyadakı səfiri ilə təmsil olunub və o, görüşdə iştirak edib. Səviyyəni isə dövlət özü müəyyən edir”, – M.Zaxarova News.ru müxbirinin müvafiq sualını cavablandırarkən bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir