Dünya

Dilan Polatdan sonra diqqət mərkəzinə düşən növbəti məşhur: “Instagram”dan bəzi paylaşımlarını sildi – FOTO

Sharing is caring!


Türkiyəli iş adamları Dilan Polat və Engin Polat cütlüyünün çirkli pulların yuyulması ittihamı ilə həbsindən sonra bütün diqqətlər “Instagram” hesablarında eyni şəkildə lüks həyatlarını paylaşan fenomenlərə çevrilib.

2020-ci ildə sosial media hesabında paylaşdığı yemək videoları ilə tanındıqdan sonra fenomenə çevrilən və həyatı dəyişən Rabia Toprak da maraq dairəsində olan şəxslər sırasındadır.

Belə ki, dəbdəbəli həyat yaşamağa başlayan Rabia Toprakın 2021-ci ildə Dubaya gedib-gəldiyi, tekstil emalatxanası qurduğu, çox sayda evi, iş yeri və maşınlarının olduğu iddia edilib.

Həmçinin onun Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatdan sonra “Instagram” hesabından bəzi paylaşımlarını sildiyi də bildirilib.

Lakin Toprak ona qarşı irəli sürülən ittihamları rədd edib və bununla bağlı qanuni yolla tədbirlər görəcəyini deyib.

Rabia Toprak məsələ barədə açıqlama verib və məhkəməyə müraciət edəcəyini nəzərə çatdırıb.

“Hörmətli izləyicilərim, sosial media hesablarım vasitəsilə etdiyim paylaşımlarda şəxsi məlumatlarım olduğu üçün mənim icazəm olmadan üçüncü şəxslər tərəfindən paylaşılması Türkiyə Cinayət Məcəlləsinin 136-cı maddəsi – şəxsi məlumatların başqasına verilməsi, yayılması və ya ələ keçirilməsi üzrə cinayət əməli təşkil edir. Sözügedən cinayətləri törədən şəxslərə qarşı vəkilim vasitəsilə cinayət işi açılacaq”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir