İqtisadiyyat

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb – FOTO

Sharing is caring!

Bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 746 min 309 vahid olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 min 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 min 435 vahid artaraq 831 min 357 olub”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir