Cəmiyyət

Bulvara maşınla beş dəqiqə giriş etmək üçün ödəniş tələb olunur? – FOTO

Sharing is caring!

Dənizkənarı Bulvar İdarəsindən girişdə artıq pulun alınması ilə bağlı şikayət var. 

Bu barədə Kamilə Məhərrəmli adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb. 

O bildirib ki, dənizkənarı bulvar daxilində yerləşən restoranların birinə getmək üçün iki manat pul tələb olunur:

“Restorana gedən yolda soyğunçuluq var. Dənizkənarı Bulvar İdarəsi özü üçün sistem qurub, əraziyə girən hər maşından iki manat alır. Onlar üçün fərqi yoxdur, bu maşın burada qalacaq, yoxsa girib beş dəqiqəyə geri qayıdacaq. Dünən bildirdim ki, taksi məni aparıb, geri qayıdır. Amma kimə deyirsən? Halbuki sistem çox rahat olmalıdır, 15 dəqiqəlik bir kağız verirsən, qayıtmasa, ödəniş alırsan”.

Qeyd edək ki, məsələ barədə əksər sosial şəbəkə iştirakçıları paylaşım ediblər. 

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, əraziyə beş dəqiqəlik girib-çıxmaq üçün heç bir ödəniş tələb olunmur:

“Yanlış məlumatdır. Bizim əməkdaşlar tərəfindən bu cür münasibət göstərilə bilməz. Bizdə iki manat, başqa yerlərdə olduğu kimi, bir neçə saatlıq deyil, birdəfəlik ödənişdir. Vətəndaş iki manat ödəyib, saatlarla orada qala bilər”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir