Dünya

Dünyaca məşhur şirkət fırıldaqçıların qurbanı oldu: Saxta mesajlar şirkətə 333 min avro zərər vurdu

Sharing is caring!


Gürcüstanda külli miqdarda ziyan vurmuş transmilli cinayətin üstü açılıb. Belə ki, iki fiziki və bir hüquqi şəxs 333 min avronun yuyulması ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xarici şirkət olan “Procter & Gamble”ə saxta mesaj göndəriblər, şirkət də Gürcüstandakı qondarma müəssisənin hesabına 333 132 avro vəsait göndərib. Bundan sonra fırıldaqçılar göstərilən məbləği xaricə köçürüblər.

Saxlanılan şəxslər qanunsuz gəlirlərin yuyulmasında ittiham olunurlar və onları doqquz ildən on iki ilə qədər həbs gözləyir.

Gürcüstan Prokurorluğu araşdırmanı davam etdirir.

Mənbə: Apsny.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir