Dünya

İsveçin NATO-ya daxil olacağı tarix açıqlandı

Sharing is caring!


İsveçin NATO-ya daxil olacağı tarix açıqlanıb.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken “Euronews” telekanalına müsahibəsində danışıb. Blinken İsveçin hansı tarixdə NATO-ya üzv ola biləcəyi ilə bağlı açıqlama verib. O bildirib ki, bu, iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan alyans ölkələrinin sammitində baş verə bilər.

“Mən əminəm ki, bu, tezliklə baş verəcək. İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər Finlandiya kimi, İsveçin də NATO-ya yeni üzv olaraq qoşulacağını düşünürəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Antoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. O, alyansın digər üzvləri tərəfindən ölkənin NATO-ya qoşulması haqqında ratifikasiya olunmuş protokolları qəbul edib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir