İdman

Ayaz Quliyevin “Sabah”a keçidi rəsmiləşdi

Sharing is caring!


Ayaz Quliyevin “Sabah” klubuna keçidi rəsmiləşib.

Klubun rəsmi saytında verilən məlumata görə, futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib.

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, “Sabah”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir